ABŞ-ın vitse-prezidenti J. D. Vens və Ukrayna prezidenti Vladimir Zelenski bu həftənin sonunda görüşünün planlaşdırılması və təşkili ilə eyni zamanda Tramp Ukraynanın bir gün “Rusiya”ya çevrilə biləcəyi fikrinə eyham vurub.
Seçkiqabağı çıxışlarında Rusiya ilə Ukrayna arasında təxminən 3 ilə yaxındır davam edən müharibəyə son qoyacağını dəfələrlə vəd edən Tramp Fox News-a müsahibəsində deyib: “Onlar (Rusiya və Ukrayna) razılaşa bilər, razılaşmaya da bilər. Bir gün rus ola bilər, bir gün rus olmaya da bilər”.
Tramp Kiyevin Vaşinqtonun bu müharibə zamanı çəkdiyi xərcləri geri qaytarmalı olduğunu da bəyan edib və bu məqsədlə Ukraynanın təbii torpaqlarından, nadir sərvətlərindən və mədənlərindən bu xərclərin ödənilməsi üçün istifadə oluna biləcəyini təklif edib.
Tramp bu müsahibə zamanı həmçinin qeyd edib ki, o, yaxın vaxtlarda öz xüsusi nümayəndəsi Keyt Kelloqu Ukraynaya bu müharibəni dayandırmaq üçün təklif olunan planı ölkə hakimiyyəti ilə müzakirə etmək üçün göndərəcək.
Məlumata görə, Tramp münaqişəni tez bir zamanda sona çatdırmaq üçün hər iki tərəfə təzyiq göstərməyə çalışır, Zelenski isə Rusiya ilə hər hansı razılaşmanın bir hissəsi kimi Vaşinqtondan sərt təhlükəsizlik zəmanəti tələb edir.
Kiyev narahatdır ki, sərt hərbi öhdəlikləri özündə əks etdirməyən istənilən saziş Kremlə yenidən toparlanmaq və yeni hücum üçün silahlanmaq imkanı verəcək.
Zelenskinin mətbuat katibi Sergey Nikiforov AFP-yə müsahibəsində Ukrayna prezidentinin cümə günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Vance ilə görüşəcəyini bildirib.
Zelenskinin ofisi Keyt Kelloqun fevralın 20-də Kiyevə səfər edəcəyini də açıqlayıb.
Dünən sosial şəbəkələrdə yayımladığı videoda Ukrayna prezidenti növbəti dəfə Ukrayna üçün “əsl sülh və effektiv təhlükəsizlik təminatları” tələb edib.
Sizin rəyiniz